Gəncədə döyülmə faktı qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə kəlbəcərlilərin məskunlaşdığı qaçqın şəhərciyində qeydə alınıb. 

Bacısının keçmiş nişanlısı tərəfindən xəsarət yetirilən 1998-ci il təvəllüdlü Qəmbərova Validə Rauf qızı kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib. 
Dərhal ona tibbi yardım göstərilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirib.

Əldə edilən məlumata görə, V.Qəmbərova ailədaxili münaqişə zəminində xəsarət alıb. O, bacısı ilə keçmiş nişanlısı dava edərkən onları aralaşdırmaq istəyib. Bu zaman oğlan onu itələyib. Yıxılaraq başından xəsarət alan V.Qəmbərovanın komaya düşdüyü bildirilir.

İlkin məlumata görə, gənc cütlüklərin arasında yaran mübahisə qızın nişanı qaytarmasından sonra yaranıb. Buna səbəb isə oğlanın başqa qızla münasibətinin üzə çıxması olub.

Qeyd edək ki, xəsarət alan V.Qəmbərova Kəlbəcər rayon Maliyyə şöbəsinin əməkdaşıdır. Bacısı isə Kəlbəcər rayon Mərkəzi Kitabxanasında işləyir. 

Hələlik adı açıqlanmayan oğlanın isə Gəncə Regional Elmi Mərkəzin işçisi olduğu deyilir.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma başlanıb.