Türkiyədə 3,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri İstanbuldan 28 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.