Bakıda itkin düşmüş 36 yaşlı qadın tapılıb.

Unikal.org-un xəbərinə görə, hadisə noyabrın 18-də paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü G.Həsənova günorta saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində G.Həsənova tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.