Oğuz rayon sakini narkotik vasitə ilə saxlanılıb.

Bu barədə Unikal.org-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Xaçmaz kənd sakini Kür Zakirov saxlanılıb. 

Axtarış zamanı ondan 1 ədəd bükümdə 9,36 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən əməliyyat tədbirləri ilə K.Zakirovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilən zaman sellofan torbada 440 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.