Şəkidə çörək sexində baş vermiş partlayış zamanı xəsarət alan qadının vəziyyəti orta-ağırdır.

Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki rayon xəstəxanasına çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir. Ona lazımi tibbi yardım göstərilib, hazırda müalicəsi davam edir.