Türkiyənin Samsun şəhərində mühafizə müdiri iki qadın mühafizəçini döyüb.

Unikal.org xəbər verir ki, hadisə döyülən qadınlardan birinin telefonu ilə çəkilib.

“Qaradəniz Qızlar Yataqxanası”nda müdir onun üçün qapı açmadıqlarına görə, qadınları əvvəl acılayıb, sonra isə vəhşicəsinə döyüb.

Hadisənin görüntüləri yayılandan sonra mühafizə müdiri vəzifəsindən çıxarılıb və məsələ ilə bağlı istintaq başlayıb.