Rusiyanın Xalq artisti Valeriyanın oğlu Arseni Şulqin bu həftə ərzində üçüncü dəfə qəzaya düşüb.

Unikal.org xəbər verir ki, o, bu haqda sosial şəbəkədə paylaşıb.

"Bu zarafat deyil, üçüncü dəfə qəzaya düşdüm" deyə, o, yazıb. Lakin bu qəza əvvəlkilərdən fərqli olaraq zədəsiz ötüşüb.

Qeyd edək ki, Şulqin dekabrın 8-də anasının konsertinə gedən zaman qəzaya düşmüşdü. O zaman xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilən gənc evə çıxdıqdan bir neçə gün sonra eyni halla qarşılaşmışdı. Bu dəfə onun oturduğu taksi avtobusla toqquşmuşdu.