Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Unikal.org xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

"Zirə" öz meydanında "Səbail"i qəbul edib. Görüşdə 1:0 hesabı ilə qələbə qazanan meydan sahibləri ilk oyunun (qolsuz heç-heçə) nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.

Günün digər matçında "Sabah" "Qəbələ" ilə üz-üzə gəlib. İlk görüşdə 3 cavabsız qolla qalib gələn Qəbələ təmsilçisi bu dəfə rəqibindən üstün olub. Bakıdakı matç 3:2 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsində "Qəbələ" növbəti mərhələyə vəsiqə qazanıb.