"Qarabağ" futbolçusu  Simeon Slavçevlə yolları ayırıb.

Unikal.org klubun  rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, S.Slavçev ötən ilin yayından Ağdam klubunda oynayırdı.

Xatırladaq ki, Bolqarıstan millisinin üzvü ilə ölkəsinin "Levski" klubunun maraqlandığı iddia olunur.