SSRİ-nin Xalq artisti, tanınmış qırğız kinorejissor Bolot Şamşiyev vəfat edib.

Unikal.org xəbər verir ki, Dövlət mükafatı laureatı 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B.Şamşiyev “Ağ gəmi”, “Erkən gələn durnalar”, “Canavar tələsi”, “İssık-Kulun ağ lalələri”, “Karaş aşırımında atəş” və digər filmlərlə məşhurluq qazanıb. O, həmçinin dostu, tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun əsərlərinə filmlər çəkib.