Cəlilabad rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Maşlıq kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı kənd sakini, 2002-ci il təvəllüdlü Rəhimov Toğrul Vasif oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.