Zaqatalada yol qəzası baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, qəza axşam saatlarında rayonun 3-cü Tala kənd ərazisində baş verib. İlkin məlumata görə, qəza zamanı Tala kənd sakinləri 1954-cü il təvəllüdlü Abdullayeva Sevil Rəsul qızı ,onun oğlu 1978-ci il təvəllüdlü Abdullayev Vüsal Ziyad oğlu və nəvəsi 2011-ci il təvəllüdlü Abdullayev Ziyad Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.