Xalqinfo.az xəbər portalının baş direktoru Tural Məmmədov fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.

Unikal.org xəbər verir ki, bu barədə o, "Facebook" hesabında məlumat verib.

Seçki hüququmdan istifadə edərək, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm.

Qeyd etmək lazımdır ki, Tural Məmmədov Heydər Əliyev ideyalarının təbliğində xüsusi fərqlənən ictimai-siyasi gənclərdən biridir. 

T.Məmmədov bundan əlavə gənc tarixçi kimi Təhsil Nazirliyinin 1137 saylı əmri əsasında ilk dəfə "Azərbaycan tarixi "Abituriyentlər üçün dərs vəsaitinin müəlifidir. Gənc fəal həmdə natiqlik bacarığı ilə fərqlənir.