Şəki şəhərinin Kiş kəndində, meşə ərazisində 0,5 ha sahədə kol-kos, ağac kötükləri və xəzəl yanıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, meşə yanğından mühafizə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən söndürülüb.