Moskvadan Tbilisyə gedən sərnişin avtobusu qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, hadisə bu gün axşam saatlarında Stanovlyanski rayonu ərazisində baş verib. Qəza nəticəsində iki nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

Hadisə zamanı avtobusda 19 sərnişin olub. Onların hamısı Gürcüstan vətəndaşlarıdır. Qəzaya səbəb kimi yolun sürüşkən olduğu göstərilir.

Hazıırda faktla bağlı araşdırma aparılır.