Xəbər verdiyimiz kimi, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarə Alma-Atı hava limanı yaxınlığında qəzaya uğrayıb. Nəticədə 14 nəfər ölüb, 35 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölənlər arasında Azərbaycan vətəndaşının olmadığını bəyan edib:

"Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən Almatıda baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb".