Çinin Haynan vilayətində uşaq bağçası müəllimi uşaqlara şiddət göstərib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müəllim bəzi uşaqların vaxtında yatmamasına əsəbləşib. O 30 uşağı sıraya düzüb və özlərini yumruqlamasını istəyib. O bu yolla uşaqları "cəzalandırıb". Özlərini yumruqlamayan uşaqlar isə müəllim tərəfindən döyülüb.

Görüntülərin yayılmasından sonra müəllim işindən azad edilib və polis tərəfindən saxlanılıb.