Rusiyanın Krasnoyarsk diyarının Şuşenskoye rayonunda birmərtəbəli fərdi yaşayış evdə baş verən yanğın nəticəsində bir ailənin 4 üzvü ölüb.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.