Kürdəmir rayonunda velosipedçini avtomobil vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Şıxımlı kənd sakini, 2007-ci il təvəllüdlü Kənan Tural oğlu Nəbiyev velosipedlə hərəkətdə olarkən həmkəndlisi, 1998-ci il təvəllüdlü Nicat Məlik oğlu Məlikovun idarə etdiyi "QAZel" markalı yük maşınına çırpılıb. Nəticəd K.Nəbiyev hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.