Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub. Yaralı aldığı xəsarətdən hadisə yerində ölüb.

Hazırda ölən şəxsin kimliyinin müəyyən edilməsi üçün araşdırmalar aparılır.