Rusiyalı pilot ABŞ-da ölü tapılıb.

Unikal.org "REN TV"-ə istinadən xəbər verir ki, hadisə dekabrın 29-da Florida ştatının Mayami şəhərində Ramada çimərlik kurortunda baş verib.

47 yaşlı pilotun cəsədi Rusiyadan gələn heyət üzvlərinin adətən yerləşdiyi “Ramada Beach Resort” otelinin yaxınlığında sahildə aşkarlanıb. 

Pilotun ABŞ-a bir gün əvvəl, dekabrın 28-də gəldiyi və yenidən Rusiyaya getməli olduğu vurğulanır.

Onun ölümünün səbəbi araşdırılır.