Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb. 

Hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “Ford Tranzit” yük maşını toqquşub. Qəza zamanı “Ford”un sürücüsü Əhmədov Elmar və 14 yaşlı övladı Əhmədov İmran Elmar oğlu  xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.