Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaratəpə kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yolu keçən kişini “Mercedes” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ölən şəxsin adı məlum deyil. Faktla bağlı araşdırma aparılır.