Gəncə şəhərində toyda bədbəxt hadisə baş verib. 

Unikal.org xəbər verir ki, hadisə şəhərdə yerləşən "Dan Ulduzu" restoranında qeydə alınıb.

Toy zamanı 1946-cı il təvəllüdlü Gülcahan Süleymanovanın halı qəfil pisləşib və qadın dünyasını dəyişib.

İlkin məlumata görə, yaşlı qadın ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.