Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 kiloqram 226,09 qram heroin və 739,914 qram metamfetamin aşkar edilərək götürülüb.

Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, M.Məmmədov və sərnişinləri olan əvvəllər məhkum olunmuşlar Sabirabad rayon sakini A.Paşayev və Ağcabədi rayon sakini M.Qasımov saxlanılıblar.