Bakının Nərimanov rayonunda 5 avtomobil toqquşub.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə Ziya Bünyadov prospektində baş verib.

“Nissan” markalı avtomobili arxadan gələn “Volkswagen”, ona isə ardınca “Mercedes” markalı iki avtomobil çırpılıb.

Qəza zamanı iki sərnişin xəsarət alıb. 

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.