Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb.

Belə ki, 4 avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü İsmayılov Nicat Rövşən oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qarnın küt travması diaqnozu qoyulub.