Bu gün saat 17:51-də Ağstafa  rayonu, Saloğlu qəsəbəsində meşə ərazisində yanğın olub.

Unikal.org xəbər verir ki, barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rayon yanğından mühafizə hissəsinə məlumat daxil olub.

Ağstafa rayonunun Saloğlu qəsəbəsində 2 ha sahədə kol-kos və qamışlıq yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.