Sumqayıt şəhərində köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 500 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın 1 otağında taxta tullantıları 20 m² sahədə və tavan 20 m² sahədə yanıb.

Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.