Siyəzən rayonunda yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 234 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində yataq dəsti, masa və otağın tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.