Rusiyanın “Ufa” komandasının təlim-məşq toplanışı üçün yollandığı Kiprdə qaldığı oteldə yanğın baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yanğına səbəb saunadakı qısaqapanma olub. Hadisə nəticəsində xəsarət alanlar və dəyən zərər haqda məlumat yoxdur.

“Ufa” klubunda azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir. Əliyev də komandası ilə birlikdə Kiprə yollanıb.