Şəmkirdə ağır yol nəqliyyat hadisəsində dünyasını dəyişənlər bir ailənin üzvləri olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonun Şiştəpə kəndindən mərkəzə gedərkən baş verib. Qəza zamanı dünyasını dəyişən 1977-ci il təvəllüdlü Əmiraslanov Habil Hüseyn oglu və 1973-cü il təvəllüdlü Əmaslanov Şahin Hüseyn oğlu qardaşdılar. "Lexus" markalı minik maşınını aşıran sürücü 1983-cü il təvəllüdlü Əmiraslanov Ramil Söhrab oğlu isə onların əmisi oğludur. Dünyasını dəyişən hər üç şəxs ailəli olub.

Famil Fərhadoğlu