Kolumbiyada qəribə hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 10, 12 və 14 yaşlı 3 övladı ilə meşədə azan qadın 34 gün sonra tapılıb. Onların 34 gün ərzində yaşadıqlarını eşidənlər dəhşətə gəlir. 3 övladı ilə meşədə çətin günlər keçirən qadın həyat yoldaşı ilə evlərinə qayıtmaq üçün görüşəcəkmiş, lakin o həmin yerə gəlməyib və meşədə azıb.

Ailənin lazımi qədər qida və  maye qəbul etmədiyi üçün xəstəxanda müalicəsi davam edir. Onlar meşədə qaldıqları bu müddət ərzində yalnız meyvə ilə qidalandıqlarını bildiriblər.