2000-ci illərə həm mahnıları həm də gözəlliyi ilə damğa vuran müğənni Lara çox sayda estetik əməliyyat etdirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin son halını görənlər gözlərinə inanmır. O, 2000-ci illərə bir neçə mahnısı ilə damğa vurduqdan sonra gözlərdən itmişdi. 

Sosial şəbəkəni aktiv olaraq istifadə edən 41 yaşlı müğənninin izləyiciləri keçirdiyi estetik əməliyyatdan sonra onu tanıya bilmədiklərini bildiriblər.