Parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 6 min 189 nəfərdir.

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, 99 nəfərin 18 yaşı səsvermə günü tamam olacaq.