Koronavirusu Rusiyada da qorxulu anların yaşanmasına səbəb olub. 

Unikal.org-un xəbərinə görə, Moskvada bir gənc metroda koronavirus zarafatından sonra həbs edilib.

Belə ki, metroya daxil olan maskalı  gənc anidən yerə yıxılıb və titrəməyə başlayıb. Bunu görən sərnişinlər gəncdən qorxaraq  uzaqlaşıb. Daha sonra, gənc həmin anları sosial şəbəkədə  paylaşaraq “Koronavirus” zarafatı etdiyini qeyd edib.

Tez zamanda sosial şəbəkələrdə  paylaşılan video görüntülərindən sonra Rusiya polisi gənci bu əməlinə görə həbs edib. 

Gülayə Mecid