“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Yanğınla əlaqədar qərargah yaradılıb. 

*** 08:03

"Sədərək" ticarət mərkəzində güclü yanğın başlayıb.

Unikal.org-un xəbərinə görə, yanğın hadisəsi bu gün səhər saatlarında qeydə alınıb.

Hazırda yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyindən yanğınsöndürmə biriqadası hadisə yerinə gəlib. 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***

"Sədərək" ticarət mərkəzində baş verən yanğın elektron avadanlıqlarının satışı həyata keçirilən mağazalar hissəsində baş verib. Hazırda bəzi sahibkarlar mallarını çıxarmaq istəyirlər. 

Amid