"Barselona” klubu yeni transferini açıqlayıb.

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisi "Leqanes”in hücumçusu Martin Breytveyti transfer edib. 28 yaşlı futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Bu keçid "Barselona” 18 milyon avroya başa gəlib. Danimarka millisinin üzvünün sərbəst qalma dəyəri 300 milyon avro müəyyənləşdirilib.

Breytveybu mövsüm La Liqada 24 oyunda 6  dəfə fərqlənib.