Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə XİN rəhbəri “Twitter”də paylaşım edib.

“Minsk qrupu Dağlıq Qarabağ məsələsinin həlli üçün daha effektiv işləməlidir. Bu həll Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində olmalıdır”,- deyə Çavuşoğlu bildirib.