Koronavirus İtaliyada bütün sahələrə mənfi təsir göstərib.

Unikal.org xəbər verir ki, İtaliyada yaşayan Türkiyəli aktrisa Serra Yılmaz da "Twitter"də bu barədə paylaşım edib. Belə ki, izləyicilərindən biri məşhur aktrisaya "Ümid edirəm yaxşısınız Serra xanım... Ağlım sizdə qalıb... Hamımıza keçmiş olsun" yazıb. 

Serra Yılmaz da buna cavab olaraq "Bizim sektor batıb. Aprel ayının 4-nə qədər teatr və sinemalar bağlanıb. Acınacaqlı vəziyyətdir, lakin həyatda hər şey nisbidir. Sığınacaq tapmaq üçün sərhədi keçməyə çalışan biri də ola bilərdim" sözlərini deyib.