Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə Abbasqulu ağa Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Toyota Land Cruiser”lə “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Nəticədə yolda tıxac yaranıb. Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.