8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə məşhurlar İnstaqram səhifələrində onlara verilən hədiyyələri nümayiş etdiriblər.

Unikal.org xəbər verir ki, bunlardan biri də müğənni Nigar Camaldır. O, səhifəsində video paylaşaraq "Şərhsiz" sözlərini yazıb.

Londonda çəkilmiş görüntüdə ifaçının sevgilisindən aldığı hədiyyədən kövrəldiyi də diqqətdən qaçmayıb.