Bakıda piyadanı avtomobil vurub.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, hadisə Nobel prospektində yerüstü piyada keçidinin altında baş verib.

BNA rəsmisi qeyd edib ki, həyatını təhlükəyə atan piyada yolu qarşı tərəfə keçərkən avtomobillə vurulub. Bu səbəbdən yolda sıxlıq yaranıb.