Şəmkir rayonunun Sabirkənd kəndində “Hyundai” markalı yük avtomobili və “Беларус” markalı traktor toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.