Azərbaycanının bir sıra rayonlarında yanğın olub. 

Unikal.org FHN-ə istinadən yanğınların baş verdikləri ərazilərin siyahısını təqdim edir:

Ağstafa rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunda ümumi sahəsi 115 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı 65 m² sahədə və içərisindəki əşyalar qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tərtər rayonunda "Mercedes" markalı minik avtomobilinin təkəri və mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Tofiqi kəndində "İveco" markalı yük avtomobilinin təkəri və kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli evin mətbəxinin tavanı 10 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.