Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan vəzifəsindən azad edilməsinin səbəbləri açıqlanıb. 

Unikal.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş nazir Turhanın vəzifədən azad etməsinin bir sıra səbəbləri açıqlanıb. 

Bəzi dairələr, Kanal İstanbul Layihəsinin tenderini təxirə salmadığı üçün işdən çıxarıldığını iddia etdilər. Ancaq Sözcü qəzetinin yazarı Veli Toprak nazirin işdən çıxarılmasının səbəbi fərqli olduğunu bildirib. 

O iddia edib ki, nazirin vəzifədən çıxarılmasının əsas səbəbi kimi ölkədə koronavirusla (Kovid-19) aparılan tədbirlərdə passivlik etməsi olub. AK Partiyanın içində əsl gerçəklik Turhanın Kovid-19 tədbirlərində passiv qalması əsas səbəb kimi göstərilir. 

Kanal İstanbul üçün son tenderin əvvəlcədən təyin edilmiş cədvələ uyğun keçirildiyi və nazirin bu işdə şəxsi rolu olmadığı qeyd edilib.