“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir. Belə ki, sosial şəbəkələrdə “Facebook” və “İnstaqram” vasitəsilə canlı bağlantı, eləcə də "whatsapp" üzərindən müraciətlərin qəbulu həyata keçirilir.

"Azərişıq" ASC-dən Unikal.org-a verilən məlumata görə, bundan əlavə bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində  yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir:

""ASAN Xidmət və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini  “199” Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər.

Xüsusi olaraq bildiririk ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur. Bu isə "Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan" çağırışına qoşulmağa imkan yaradır.

Bütün istehlakçılarımız onlayn xidmətlərimizdən yararlanır, eləcə də istifadə olunmuş elektrik enerjisi  haqlarını həmin vasitələrdən istifadə etməklə ödəyirlər".