Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,90 ABŞ dolları, yaxud 14,92% azalıb.

Unikal.org xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 16,53 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.