Belçikada son sutkada koronvirusa 1 422 yoluxma faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki, məlumatı Belçika Səhiyyə Nazirliyinin Böhran Qərargahı yayıb.

Bildirilib ki, bununla da krallıq üzrə yoluxanların ümumi sayı 16 770-ə çatıb. 

Məlumata görə, daha 132 nəfər ölüb, 578 nəfər xəstəxanaya yerləşdirilib, 377 nəfər isə hospitaldan buraxılıb.