İsraildə yeni koronavirus yoluxanların sayı 9 min 66-ya, həyat itkisi isə 60-a çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, son 24 saatda “COVID-19” diaqnozu qoyulan daha 3 xəstənin öldüyü bildirilib.

Bununla da ölkədə virus səbəbindən ölənlərin sayı 60-a çatıb.

Açıqlamada, virusa yoluxanların ümumi sayının 9 min 66-ya çatdığı, xəstələrin 153-nin vəziyyətinin ağır olduğu, 585 nəfərin sağaldığı qeyd edilib.